Vud Endryu Marli və Strahan Edvard Corc Dankan “Dostluq” ordeni ilə təltif olunub

Vud Endryu Marli və Strahan Edvard Corc Dankan “Dostluq” ordeni ilə təltif olunub
# 29 may 2018 16:15 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Vud Endryu Marli “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Strahan Edvard Corc Dankan “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR