Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Xidmətdən APA-ya verilən məlumata görə, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının və Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilən Hüseynov Natiq Rafiq oğlu tutulmazdan əvvəl Binəqədi rayonu ərazisində yerləşən kənd qəbiristanlığında gizlətdiyi 1 ədəd “Deutsche Werk Erfort” markalı tapança və ona məxsus 1 ədəd sandıqçanı könüllü olaraq təhvil verib.
Faktla bağlı araşdırma aparılır.