Malayziyada Kim Çen Inın qardaşını öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb

Malayziyada Kim Çen Inın qardaşını öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb
# 18 fevral 2017 02:33 (UTC +04:00)

Malayziya polisi Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşını öldürməkdə şübhəli bilinən 4-cü şəxsi saxlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onun Şimali Koreya vətəndaşı olduğu bildirilir.

Məlumata görə, 47 yaşlı kişi dəfələrlə Malayziyaya səfər edib.

Bundan əvvəl hadisə ilə əlaqədar iki qadın - 29 yaşlı Vyetnam, 25 yaşlı İndoneziya vətəndaşı və 26 yaşlı malayziyalı oğlan polis tərəfindən tutulub.

Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd fevralın 14-də, Kuala-Lumpur aeroportunda törədilib. İlkin versiyaya əsəsən, hücum zamanı yüksək toksiki təsirli “VX” maddəsindən istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR