Corc Buş yenidən xəstəxanaya yerləşdirilib

Corc Buş yenidən xəstəxanaya yerləşdirilib
# 27 may 2018 22:26 (UTC +04:00)

ABŞ-nın sabiq prezidenti böyük Corc Buş Men ştatında xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, bu barədə özünün “Tvitter” hesabında ailənin nümayəndəsi Cim Makqrat yazıb.

Məlumata əsasən, 93 yaşlı C.Buşun təzyiqi kəskin şəkildə aşağı düşüb.

Ötən ay C.Buş qanında infeksiya aşkarlandığı üçün xəstəxanaya yerləşdirilmişdi.

Böyük Corc Buş 1989-93-cü illərdə ABŞ prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR