Əli Hüseynli: “Ölkəmizdə mükəmməl seçki sistemi mövcuddur”

Əli Hüseynli: “Ölkəmizdə mükəmməl seçki sistemi mövcuddur”
# 02 aprel 2018 16:27 (UTC +04:00)

Aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Mingəçevir şəhərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək seçki və səsvermə hüququnun əhəmiyyətindən danışıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirib ki, Azərbaycan dövləti bu seçkilərin də azad və şəffaf keçirilməsinin təmin edilməsi üçün zəruri tədbirləri görməkdədir. Onun sözlərinə görə, Azərbaycanda seçkilər hər zaman şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilib: “Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur”.

Ə. Hüseynli qeyd edib ki, gənclik nə qədər güclü olarsa, dövlətimizin gələcəyi də o qədər etibarlı və güclü olacaq: “Ona görə də, gənclərin başlıca vəzifələrinizdən biri Azərbaycanın gələcək taleyində mühüm rol oynayan seçkilərdə fəal şəkildə iştirak etməkdir. Bu baxımdan, mən sizi 11 apreldə keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə çağırıram. Siz seçkilərdə ilk dəfə səs verəcəksiniz və bu hadisə həyatınızın ən şərəfli və məsuliyyətli məqamlarından biri kimi xatirələrinizdə yaşayacaq. Çünki səsvermə hüququnu əldə etmək artıq sizlərin demokratik dövlətimizin tamhüquqlu vətəndaşı kimi formalaşdığınızı təsdiqləyir”.

Tədbirdə çıxış edən gənclər Azərbaycanın xoşbəxt gələcəyi naminə prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR