Azərbaycanda həbs olunan pakistanlılar ABŞ-a təhvil veriləcək

Azərbaycanda həbs olunan pakistanlılar ABŞ-a təhvil veriləcək
# 12 mart 2020 17:52 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları - 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

APA-nın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.

Prosesdə onların hər ikisinin ABŞ-a təhvil verilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər ötən il Azərbaycanda saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR