Məmmədyarov: "Təhlükəsizliyin təmin olunduğu Əfqanıstan regionun gələcəyinə töhfə verə bilər"

Məmmədyarov: "Təhlükəsizliyin təmin olunduğu Əfqanıstan regionun gələcəyinə töhfə verə bilər"
# 01 dekabr 2017 07:58 (UTC +04:00)

"Asiyanın ürəyi - İstanbul prosesi sülh və təhlükəsizliyin həm Əfqanıstan, həm də regionda təminatı üçün bir platformadır".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda keçirilən Nazirlər Konfransının açılışında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan müxtəlif platformalarda Əfqanıstana dəstək verməyə davam edəcək: "Təhlükəsizliyin təmin olunduğu Əfqanıstan regionun gələcəyinə töhfə verə bilər. Azərbaycan elektron hökumət, dövlət xidmətlərinin möhkəmlənməsi və informasiya-kommunikasiya texnologiyaları sahələrində Əfqanıstan üçün təlimlər təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması və "Lyapis Lazur" xəttinin istifadəyə verilməsi bu regionda yüklərin daha sürətlə daşınmasına yol açır. "Lyapis Lazur" sazişi yalnız Əfqanıstanı Avropa bazarına yaxınlaşdırmayacaq, həm də beynəlxalq əməkdaşlığa xidmət edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR