Rusiyada azərbaycanlı qadın doğuş zamanı ölüb

Rusiyada azərbaycanlı qadın doğuş zamanı ölüb
# 05 dekabr 2016 08:50 (UTC +04:00)

Rusiyanın Blaqoveşensk şəhərindəki doğum evində 23 yaşlı azərbaycanlı qadın doğuş zamanı ölüb.

APA-nın “teleport2001.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 2-də axşam saatlarında baş verib.

Həkimlərin bildirdiyinə görə, Azərbaycandan gəlmiş qadını xilas etmək üçün səylər göstərilsə də, onlar nəticə verməyib. Körpə isə xilas edilib.

Qadının qohumları isə həkimlərin xəstəyə səhlənkar yanaşdıqlarını və hətta ölüm barədə yalnız səhəri gün məlumat verdiklərini deyiblər. Amur vilayəti İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq cinayət işinin başlanıb-başlanmayacağı barədə qərar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR