Barselonadakı terrorda şübhəli bilinən daha bir nəfər saxlanılıb

Barselonadakı terrorda şübhəli bilinən daha bir nəfər saxlanılıb
# 18 avqust 2017 09:27 (UTC +04:00)

İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən daha bir nəfəri saxlayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, əməliyyat Ripol yaşayış məntəqəsində aparılıb.

Nəticədə məlum hadisələrlə bağlı saxlanılanların sayı 3 nəfər olub. Yük avtomobili piyadaların üzərinə sürən sürücünü tapmaq hələlik mümkün olmayıb.

Polis həmçinin Kambrils şəhərində 4 terrorçunu zərərsizləşdirib. Atışma zamanı yaralanan terrorçu da bir müddət sonra ölüb. Zərərsizləşdirilən şəxslər Barselonada törədilən terror aktlarının davamı olaraq daha bir terror aktı törətməyi planlaşdırırmışlar.

Xatırladaq ki, ötən gün Barselonada sürücü idarə etdiyi yük avtomobilini piyadaların üzərinə sürüb. Nəticədə 13 nəfər ölüb, yüzdən çox şəxs xəsarət alıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR