Bakı Ali Neft Məktəbində Heydər Əliyevin anım mərasimi keçirilib

Bakı Ali Neft Məktəbində Heydər Əliyevin anım mərasimi keçirilib
# 12 dekabr 2017 06:41 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib.

BANM-dən APA-ya bildirilib ki, BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov ümummilli liderin müdrik siyasəti, Vətən və dövlət qarşısındakı xidmətlərindən söz açıb və öz xatirəsində qalan dahi şəxsiyyətin xeyirxah əməllərindən danışıb.

Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev isə ulu öndərin tarix boyu qoyduğu izdən, onun illər üzrə siyasi fəaliyyəti və quruculuq işlərindən söz açıb.

Tədbirdə BANM-in tələbələri də Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən prezentasiya ilə çıxış ediblər. Ali Məktəbin 5-ci kurs tələbələri Heydər Nəcəfov, Aqil Əsgərov və Fərid Mustafayev böyük araşdırma edərək dahi rəhbərin Azərbaycan xalqının müstəqilliyi uğrunda göstərdiyi xidmətini, ölkənin bütün sektorlarında o cümlədən neft sahəsində müdrik siyasətini və bu siyasətinin nəticələrini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR