Bakıda iki mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 13720 manat dəyərində qızıl-zinət əşyaları, 100 ABŞ dolları və 200 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazov saxlanılıb.