Azərbaycanda məişət zorakılığının Cinayət Məcəlləsinə salınması təklif edilir

Azərbaycanda məişət zorakılığının Cinayət Məcəlləsinə salınması təklif edilir
# 24 oktyabr 2017 08:54 (UTC +04:00)

"Azərbaycanda məişət zorakılığı cinayət əməli kimi Cinayət Məcəlləsində yer almayıb. Beynəlxalq ekspertlər məişət zorakılığının Cinayət Məcəlləsinə salınmasını təklif edirlər".

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib. Şöbə müdiri qeyd edib ki, Azərbaycanda məişət zorakılığına dair normativ hüquqi aktların bazası əcnəbi ekspertlər tərəfindən təhlil edilib: "Məişət zorakılığından əziyyət çəkənlərin pulsuz hüquqi yardımla, vəkillə təmin olunması, təqsirkar şəxsin evdən uzaqlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini ekspertlər tövsiyə edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR