Polşada binanın uçması nəticəsində ölənlərin sayı 6-ya çatıb

Polşada binanın uçması nəticəsində ölənlərin sayı 6-ya çatıb
# 09 aprel 2017 02:05 (UTC +04:00)

Polşanın Svebodzina şəhərində yaşayış binalarından birinin uçması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölmüş kişinin meyiti uçqunlar altından çıxarılıb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. Xəsarət alanlardan dörd nəfəri dağıntılar altından sağ çıxarılıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

İlkin məlumata görə, faciəyə səbəb qazın partlaması olub. Partlayış nəticəsində binaya ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR