BŞBPİ: Bakıda ötən gün 23 cinayətin üstü açılıb

BŞBPİ: Bakıda ötən gün 23 cinayətin üstü açılıb
# 06 fevral 2020 09:08 (UTC +04:00)

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də 23 cinayətin üstü açılıb. Onlardan 8 əvvəllki dövrlərdən bağlı olan cinayətlər olub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR