“Finans Lizinq” 747,5 min dollarlıq istiqraz buraxır

“Finans Lizinq” 747,5 min dollarlıq istiqraz buraxır
# 14 fevral 2017 08:53 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən “Finans Lizinq” ASC-nin hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1227 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı dövlət qeydiyyatına alınıb.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, istiqrazların tədavül müddəti 1080 gün, gəlirlik dərəcəsi isə 9%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Palata tərəfindən ASC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 68 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı da dövlət qeydiyyatına alınıb. Bu istiqrazların tədavül müddəti 1080 gün, istiqrazlar üzrə gəlirlik isə 14% təşkil edir.

“Finans Lizinq” in həmçinin hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı dövlət qeydiyyatına alınıb. Qapalı yerləşdirmə üsulu ilə yerləşdirəcək istiqrazlar üzrə gəlirlik 14%, tədavül müddəti isə 1080 gündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR