Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
# 16 avqust 2017 09:34 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qalib Süleymanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. Zamində olan Q. Süleymanov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Q. Süleymanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR