İSESCO Baş Konfransının Bakıda keçirilən 12-ci sessiyasında bəyanat qəbul olunub

İSESCO Baş Konfransının Bakıda keçirilən 12-ci sessiyasında bəyanat qəbul olunub
# 27 noyabr 2015 14:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. İSESCO Baş Konfransının Bakıda keçirilən 12-ci sessiyası başa çatıb. APA-nın məlumatına görə, iclasda İslam dünyasında təhsilin səviyyəsi ilə bağlı narahatlıq ifadə edilib. Qeyd olunub ki, dünyada yarım milyarddan çox müsəlman nə yaza, nə oxuya bilir. Bir sıra İslam ölkələrində peşəkar müəllimlər çatışmır, tədris proqramları yoxdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yekun qətnamənin qəbul edildiyini elan edib.

İclasda eyni zamanda İSESCO adından bəyanat qəbul edilib. Bəyanatda İslam dünyasında baş verən hadisələrlə bağlı narahatlıq ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR