Bakı. Məlahət Nəcəfova-APA. ABŞ-da yaradılmış “AzeriAmerica” təşkilatı “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.
APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir.
Avropa Oyunlarının rəsmi açılış mərasimi iyunun 12-də keçiriləcək.