Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə və müsahibə elan edib.
Komissiyadan APA-ya verilən məlumata görə, ümumi müsahibədə və müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 10 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixdə saat 18.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər.
Müraciət forması şəxsən (bazar ertəsi – cümə günləri saat 09.00-dan 12.30-dək və 14.00-dan 17.30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.