Beynəlxalq Muğam Mərkəzində Şairlər Gününə həsr edilmiş tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzində Şairlər Gününə həsr edilmiş tədbir keçirilib
# 06 iyun 2015 08:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə V Şairlər Gününə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, mərhum şairə Nurəngiz Günə həsr olunan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar şairlər gününün Mikayıl Müşfiqin və xalq şairi Vaqif Səmədoğlunun doğum günündə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.

Tədbirdə Nurəngiz Günə həsr edilmiş film nümayiş etdirilib.

AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza qeyd edib ki, tədbir beşinci dəfədir keçirilir. X. Rza bildirib ki, tədbirdə dünyanın 10-dan çox ölkəsindən incəsənət, mədəniyyət xadimləri, şairlər və ziyalılar iştirak edirlər.

Mərasimdə xarici ölkələri təmsil edən şairlərə “Mikayıl Müşfiq” diplomu və Nurəngiz Günün “Qalanlara” kitabı hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR