Mozambikdə yanacaq daşıyan maşının partlaması nəticəsində 73 nəfər ölüb

Mozambikdə yanacaq daşıyan maşının partlaması nəticəsində 73 nəfər ölüb
# 17 noyabr 2016 21:19 (UTC +04:00)

Mozambikdə yanacaq daşıyan yük maşınının partlaması nəticəsində 73 nəfər ölüb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Malavi sərhədi yaxınlığında baş verib.

Məlumata görə, partlayış, yerli sakinlərin qəza nəticəsində aşmış maşının çənindən yanacaq götürərkən baş verib.

Yük maşını Mozambikin Beyr şəhərindən Malaviyə yanacaq daşıyırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR