Co Bayden növbəti prezident seçkilərində namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb

Co Bayden növbəti prezident seçkilərində namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb
# 06 dekabr 2016 10:45 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Co Bayden 2020-ci ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə “Fox News” xəbər yayıb.

74 yaşlı vitse-prezident buna kimi 3 dəfə - 1988, 2004 və 2008-ci illərdə preziden seçkilərində ya namizədliyini irəli sürüb, ya da iştirak etmək niyyətini açıqlayıb.

Qeyd edək ki, bu il keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Tramp qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR