Əli Həsənov: "Azərbaycan əleyihinə kampaniyanın mövcudluğu barədə dәqiq mәlumatlar var"

Əli Həsənov: "Azərbaycan əleyihinə kampaniyanın mövcudluğu barədə dәqiq mәlumatlar var"
# 11 iyun 2015 13:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Azәbaycan dövlәtinә, dövlətin və prezidentin müstәqil siyasәtinә tәsir göstәrmәk istәyәn dairәlәr anti-Azәrbaycan proqramına malikdirlәr: “Bunlar belә bir platforma formalaşdırıblar vә anti-Azәrbaycan dairәlәrini yönәldirlәr. ABŞ vә Qәrb ölkәlәrinin müxtәlif media, QHT, müxtәlif hüquq-müdafiә dairәlәrindә biz bunu müşahidә edirik. Lakin biz buna tәmkinlә yanaşır, birbaşa reaksiya vermirik.

Bizim mәqsәdimiz müstәqil siyasәtimizi davam etdirmәk, Azәrbaycanın nailiyyətlərini dünyaya çatdırmaq, bölgәdә sülh siyasәtinin yönlәndirilmәsi, dövlәtlәr arasında sivil münasibәtlәrin formalaşdırılmasıdır. Azərbaycan əleyihinə kampaniyanın mövcudluğu barədə dәqiq mәlumatlar var. KİV-də dә bu barәdә mәlumat yayılıb. Tәәssüf edirik vә bu kampaniyalardan geri çәkilmәyә çağırırıq. Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şәkildә birgә yaşayışdan ibarətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR