Azərbaycan ərazisində daha bir GPS stansiyası fəaliyyətə başlayıb - FOTO

Azərbaycan ərazisində daha bir GPS stansiyası fəaliyyətə başlayıb - <span style="color: red;">FOTO
# 31 oktyabr 2013 13:38 (UTC +04:00)

Bakı – APA. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu il ölkə ərazisində 20-dən çox GPS stansiyaların quraşdırılmağı planlaşdırır.

Artıq 21 GPS stansiya fəaliyyətə başlayıb.

RSXM-nin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Azərbaycan ərazisində Yer qabığının ayrı-ayrı tektonik bloklarının horizontal hərəkətlərinin sürətlərinin və istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə istifadəsi nəzərdə tutulan bu stansiyalar Xəzərdəki Çilov adasından tutmuş dağlıq və depressiya zonalarının müxtəlif hissələrində quraşdırılır.

Bu günlərdə fəaliyyətə başlayan GPS stansiya unikallığı ilə seçilir. Stansiya Saatlı rayonu ərazisində yerləşən və dünyada qazılmış ən dərin (8324 m) quyulardan birinin üzərində quraşdırılıb. Bu stansiyanın Yer səthində quraşdırılmış digər GPS stansiyalardan fərqli olaraq yer qabığının daha dərin qatlarında gedən horizontal hərəkətlərin yer səthi üzrə ölçülən hərəkətlərdən sürət fərqini qiymətləndirməyə, həmin hərəkətlər nəticəsində yaranan gərginlik sahələrinin potensial ocaq zonaları ilə əlaqəsini öyrənmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Stansiyada görülən işlərlə yerində tanış olmaq üçün AMEA nəzdində RSXM-in Baş direktoru, gelogiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli və mərkəzin əməkdaşları Saatlı rayonda olublar.

Saatlı rayonunda qazılmış bu quyu öz dərinliyinə görə keçmiş SSRİ məkanında ikinci quyu olub. Quyunun 15 kilometrə qədər qazılması nəzərdə tutulsa da, bir sıra texniki problemlərlə əlaqədar qazma işləri dayandırılıb.

Qazma işləri dayandıqdan sonra uzun müddət quyu istifadəsiz və baxımsız qalmışdır. AMEA nəzdində RSXM rəhbərliyinin Azərbaycan Dövlət Neft Şirkətinə müraciəti nəticəsində tədqiqat işlərinin aparılmasında keyfiyyətin daha da yüksəldilməsi məqsədi ilə RSXM-ə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR