Azərbaycan Maarifçi Gənclər Təşkilatı prezident seçkilərini müşahidə edəcək

Azərbaycan Maarifçi Gənclər Təşkilatı prezident seçkilərini müşahidə edəcək
# 10 oktyabr 2008 15:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Maarifçi Gənclər Təşkilatı (AMGT) prezident seçkilərini müşahidə edəcək. Təşkilatın ictimaiyyətlə əlaqələr xidmətindən APA-ya verilən məlumata görə, qurum seçkilərə 2.500-dən çox müşahidəçi ilə qatılacaq. Təşkilat Bakı və regionlarda yerləşən məntəqələrində seçki prosesi müşahidə edəcək. AMGT-dən o da bildirib ki, bu günə qədər müşahidəçilərin seçkidə fəaliyyəti üçün təlimlər və seminarlar təşkil olunub. Müşahidə vərəqələrinin öyrənilməsi, ümumiləşdirmələrin aparılması üçün isə ekspertlərin köməyindən istifadə olunacaq. Yekun rəy isə seçkidən bir neçə gün sonra açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR