Koreyanın Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib - FOTO

Koreyanın Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib - <span style="color: red;">FOTO
# 18 may 2014 17:09 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Choi Suk-in və onu müşayiət edən heyət Tovuz rayonuna səfər edib.

APA-nın məlumatına görə, Koreya səfiri Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ilə görüşüb.

Daha sonra icra başçısı və millət vəkili ilə birgə səfir rayonla tanış olub, rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində olub. Burada sakinlər səfirə Ermənistanın atəşkəsi tez-tez pozması ilə bağlı məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR