Azərbaycan Gənclər Təşkilatlarının I Milli Konqresi keçiriləcək

Azərbaycan Gənclər Təşkilatlarının I Milli Konqresi keçiriləcək
# 03 sentyabr 2013 14:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresini keçirəcək. Şuradan APA-ya verilən xəbərə görə, sentyabrın 14-də təşkil olunacaq konqresin əsas məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək və həyata keçirilən gənclər siyasəti haqqında müzakirələr aparmaqdır. Gənclər təşkilatlarının potensialın gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərin yaradılması haqqında fikir mübadiləsi aparmaq da konqresin başlıca məqsədlərindəndir.

Konqresə Respublikanın bütün gənclər təşkilatları dəvətlidirlər. Tədbirdə bir sıra gənclər təşkilatları müxtəlif nominasiyalar üzrə mükafatlarla təltif ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR