Azərbaycan prezidenti I Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olub

Azərbaycan prezidenti I Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olub
# 29 may 2015 09:30 (UTC +04:00)

APA-nın məlumatına görə, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlətimizin başçısına və xanımına məlumat veriblər.

Bildirilib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin səmərəli fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən işlər artıq başa çatmaq üzrədir. Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunacaq. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Ümumilikdә, Komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışır.

Dövlət başçısı və xanımı birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış olublar. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək.

Birgə Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, həm yarışların keçiləcəyi arenalarda, həm də Avropa Oyunlarına daxil olan marşrutlar üzrə 2400 kamera quraşdırılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzi ilə tanış olublar. Burada birinci Avropa Oyunları Əməliyyat Komitəsinin bütün şöbələrinin rəhbərləri fəaliyyət göstərəcəklər. Əməliyyatların yüksək səviyyədə həyata keçirilməsi üçün mərkəz 24 saat işləyəcək.

İyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Oyunlarda Azərbaycan idmançılarının istifadə edəcəkləri geyimlər barədə də məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR