Bakıda turizm şirkətindən pul oğurlayan İran vətəndaşları tutulub

Bakıda turizm şirkətindən pul oğurlayan İran vətəndaşları tutulub
# 23 iyul 2016 10:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda turizm şirkətindən pul oğurlayan İran vətəndaşları tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 21-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birindən 1800 manat pul oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmeh tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR