Bakıda 20 yaşlı Salyan sakinini qətlə yetirən şəxs saxlanılıb

 Bakıda 20 yaşlı Salyan sakinini qətlə yetirən şəxs saxlanılıb
# 19 iyul 2014 14:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində iyulun 19-da cinayəti törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Məcidli Zamin Tofiq oğlu iyulun 19-da tutulub.

Z. Məcidli sübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edib, cinayətin aləti olan mətbəx bıçağını və N.Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib. Onun ifadəsi yerində yoxlanılarkən həmin bıçaq və fotoşəkillər aşkar edilərək götürülüb.

İş üzrə çoxsaylı şahid ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, iyulun 12-də paytaxtın Sabunçu rayonunda üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Aparılmış istintaqla qətlə yetirilmiş şəxsin Salyan şəhər sakini, 20 yaşlı N. Xudiyev olduğu müəyyən edilib.

Fakta bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR