Hacı Mövsüm Səmədov barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı edilən müraciət təmin olunmayıb

Hacı Mövsüm Səmədov barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı edilən müraciət təmin olunmayıb
# 15 fevral 2011 10:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı edilən müraciət üzrə məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya partiya sədrinin vəkili Anar Qasımov məlumat verib. Vəkilin sözlərinə görə, Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə partiya sədrinin barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair müraciət təmin olunmayıb.

Qeyd edək ki, M. Səmədov Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR