Meksikada neft emalı zavodunda partlayış nəticəsində 24 nəfər ölüb

Meksikada neft emalı zavodunda partlayış nəticəsində 24 nəfər ölüb
# 22 aprel 2016 05:25 (UTC +04:00)

Bakı-APA. Meksikanın Verakrus ştatında yerləşən iri neft emalı zavodunda baş verən partlayış nəticəsində 24 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Pemex” neft şirkətinin yaydığı məlumatda bildirilir.

Bundan əvvəl insident nəticəsində 13 nəfərin öldüyü, 136 nəfərin xəsarət aldığı bildirilmişdi.

Xəsarət alanlardan 13 nəfərin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR