Robert Sekuta Bakıda ABŞ mübadilə proqramlarının məzunları ilə görüşüb

Robert Sekuta Bakıda ABŞ mübadilə proqramlarının məzunları ilə görüşüb
# 24 sentyabr 2016 11:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramlarının 300-dən çox məzunu ilə görüşüb.

ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfirliyin iqamətgahında keçirilən qəbulda yeni və keçmiş illərin məzunları iştirak edib.

Görüşdə 2016-2017-ci il üzrə “Alumni MAX” proqramının qaliblərinin adları açıqlanıb, 2016-cı ilin fəal məzunları mükafatlandırılıb.

Tədbirin qonağı ABŞ-ın “Matuto” musiqi qrupu olub. Qrupun Bakı, İsmayıllı, Mingəçevir və Gəncədə konsertləri planlaşdırılıb.

Qeyd olunub ki, Azərbaycanda ABŞ mübadilə proqramlarının 6000-ə yaxın məzunu var. Bu məzunların əksəriyyəti ABŞ-da əldə etdikləri bilik və təcrübənin sayəsində öz sahələrində aparıcı mütəxəssis olaraq yetişiblər və öz fəaliyyətlərində Azərbaycanın inkişafı üçün töhfələr verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR