Dünya birjalarında qızıl ucuzlaşıb

Dünya birjalarında qızıl ucuzlaşıb
# 19 may 2016 07:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 17 526,62 bəndədək azalıb, S&P 500 0,02% - 2 047,63 bəndədək, NASDAQ 0,50% - 4 739,12 bəndədək artıb.


APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,03% - 6 165,80 bəndədək azalıb, Almaniya DAX-ı 0,54% - 9 943,23 bəndədək, Fransa CAC-40-ı 0,51% - 4 319,30 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 15,90 dollar ucuzlaşaraq 1 258,50 dollara, gümüş isə 0,29 dollar ucuzlaşaraq 16,84 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR