Yağmurlu hava şəraiti ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb - FOTOSESSİYA

Yağmurlu hava şəraiti ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb - <span style="color: red;">FOTOSESSİYA
# 09 dekabr 2015 06:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR