Bakı. Ramiz Mikayıloğlu - APA. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyanı vurmaqla bağlı cəzalar ağırlaşdırılıb.
APA-nın məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərdə əksini tapıb.
Dəyişikliyə əsasən aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurmaq min manatdan iki min manatadək miqdarda cərimə, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırda bu əməllər yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırda bu əməllər beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyanı vurmağın cəzası ağırlaşdırılıb
06 may 2016 11:49 (UTC +04:00)
Sosial
FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin AFAD mütəxəssislərinin iştirakı ilə təlimi keçirilib - VİDEO
14:39
4 iyun 2024
Birinci Qarabağ müharibəsində şəhid olan Abış Məmmədovun qalıqları Qaradağda dəfn olunub - FOTO
14:11
4 iyun 2024
Baş prokuror: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığın inkişafı prioritetdir
11:18
4 iyun 2024
Əlilliyi olan uşaqların övladlığa götürülməsi üçün aylıq sosial ödənişlərin miqdarı açıqlanıb
11:17
4 iyun 2024