MSK sədri Avstraliya parlamentinin nümayəndə heyəti ilə görüşüb

MSK sədri Avstraliya parlamentinin nümayəndə heyəti ilə görüşüb
# 23 sentyabr 2016 17:02 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və xarici ölkələrin ali seçki qurumları ilə ilbəil genişlənən əlaqələrindən danışıb.

MSK sədri bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki (referendum) təcrübəsinin təkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

Avstraliya parlamentinin nümayəndə heyətinin rəhbəri senator Kristofer Bək isə Azərbaycanın seçki və referendum sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və ümumxalq səsverməsinə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıblar. Sualları cavablandıran MSK sədri ümumxalq səsverməsinin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə məlumat verib. Sonra parlamentarilər MSK-nın fəaliyyəti və müxtəlif layihələrlə bağlı atılan addımlarla yaxından tanış olublar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR