AMEA-nın poliklinikasının yaradılması ilə bağlı layihəyə Bakı Şəhər İcra Hakimiyyətində baxılır

AMEA-nın poliklinikasının yaradılması ilə bağlı layihəyə Bakı Şəhər İcra Hakimiyyətində baxılır
# 06 noyabr 2015 09:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “AMEA-nın poliklinikasının yaradılması ilə bağlı layihəyə Bakı Şəhər İcra Hakimiyyətində baxılır”.

APA-nın xəbərinə görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə deyib. O bildirib ki, poliklinikanın tikintisi üçün yer ayrılmalıdır.

AMEA prezidenti alimlər üçün xüsusi istirahət zonasının yaradılması məsələsinə də toxunub. Akademik qeyd edib ki, AMEA-nın xüsusi istirahət zonasının yaradılması hələlik proqram şəklidə qalmaqdadır: “2013-cü ildə Şamaxı Astrofizika Rəsədxanasının sahəsində cənab prezident tərəfindən, bilavasitə onun qayğısı ilə rekonstruksiya işləri aparılıb. Orada 5 ulduzlu hotel tipində kotteclər tikilib. Bizim həmkarlar yayda, istənilən vaxt orada istirahət edə bilirlər. Sanatoriyanın tikintisi isə hələlik proqram olaraq qalmaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR