Sorğu: Klinton Trampı 4 faiz qabaqlayır

Sorğu: Klinton Trampı 4 faiz qabaqlayır
# 16 sentyabr 2016 23:30 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 4% qabaqlayır.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 38 faizini toplaya bilər.

Sentyabrın 9-dan 15-dək keçirilən sorğuda ABŞ-ın 50 ştatından olan 1579 respondent iştirak edib.

Reuters və İpsosun digər rəy sorğusunun nəticələrinə görə, namizədlərin səhhəti ilə bağlı son günlər yayımlanan məlumatlar əksər amerikalıların seçiminə təsir etməyib.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR