Braziliyada 3 milyona yaxın nümayişçi prezidentin istefasını tələb edib

Braziliyada 3 milyona yaxın nümayişçi prezidentin istefasını tələb edib
# 14 mart 2016 01:08 (UTC +04:00)

Bakı-APA. Braziliyada keçirilən kütləvi nümayişlərdə ölkə prezidenti Dilma Russeffin istefası tələb edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Braziliyanın ən iri şəhəri San Pauluda 1 milyon 400 min insan küçəyə çıxıb.

Ümumilikdə martın 13-də ölkədə baş tutan aksiyalarda 3 milyona yaxın insan iştirak edib.


Nümayişlər dövlət strukturları və “Petrobras” dövlət neft şirkətindəki korrupsiya qalmaqalı ilə əlaqədar keçirilib.

Qeyd edək ki, bundan əvvəl Braziliya prezidenti Dilma Russeff istefaya getməyəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR