“Porsche” –nin baş direktoru “Volkswagen”-in yeni rəhbəri seçilib

“Porsche” –nin baş direktoru “Volkswagen”-in yeni rəhbəri seçilib
# 25 sentyabr 2015 04:19 (UTC +04:00)

Bakı-APA. “Porsche” –nin baş direktoru Mattias Müller “Volkswagen” avtomobil konserninin yeni rəhbəri seçilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Independent məlumat yayıb.

Müllerin namizədliyi “Volkswagen” konserninin Müşahidə Şurasının iclasında dəstəklənib.

Ötən gün “Volkswagen”-in rəhbəri Martin Vinterkorn dizel avtomobillərində işlənmiş qazla bağlı yaranan qalmaqalla əlaqədar istefa verib.

Bundan başqa, bəzi mənbələr “Volkswagen” konserninin “Audi” и “Porsche”-nin bir neçə top-menecerini və ABŞ bölməsinin rəhbərini işdən azad etmək niyyətində olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR