Mingəçevirdə ehtiyatsızlıqdan yanan kişinin kimliyi məlum olub - YENİLƏNİB

Mingəçevirdə ehtiyatsızlıqdan yanan kişinin kimliyi məlum olub - YENİLƏNİB
# 01 fevral 2020 21:10 (UTC +04:00)

Mingəçevirdə isinmək istəyərkən ehtiyatsızlıqdan yanıq xəsarətləri alan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, yanan şəxs 1929-cu il təvəllüdlü Məhərrəmov Qüdrət Qədir oğludur.

Qeyd edək ki, onun bədəninin üçdə iki hissəsi yanıb.

***

20:40

Mingəçevirdə isinmək məqsədilə qaz sobasına yaxınlaşan ahıl kişi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə az öncə Təbriz küçəsindəki evlərdən birində baş verib.

İlkin məlumata görə, 91 yaşlı kişinin üzərinə alov düşüb və o, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Hazırda kimliyi dəqiqləşdirilir.

Hadisənin baş vermə səbəbi hələ ki tam məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR