Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verib
# 16 yanvar 2017 09:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Almazbek Atambayevə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç, Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR