Abşeronda baş verən avtomobil qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb

Abşeronda baş verən avtomobil qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb
# 17 fevral 2018 09:17 (UTC +04:00)

Abşeron rayonunda baş verən qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 16-da saat 12.00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zaur Rəcəbov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili yolun kənarında dayanmış, həmyerlisi Ağası Ağayevə məxsus “VAZ-2106” markalı avtomobilə vurub. Nəticədə A.Ağayev hadisə yerində ölüb, Z.Rəcəbov xəstəxanaya yerləşdirilib.


Abşeron RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR