Qubada polis əməkdaşının bacısını oğurlamaq istəyənlərin məhkəməsi davam etdirilib

Qubada polis əməkdaşının bacısını oğurlamaq istəyənlərin məhkəməsi davam etdirilib
# 03 dekabr 2014 08:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Məhkəmə dekabrın 12-də davam etdiriləcək. Həmin gün təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.


Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar.

İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.

Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR