Misirdə avtobusla yük maşını toqquşub, 14 nəfər ölüb, 38 nəfər xəsarət alıb

Misirdə avtobusla yük maşını toqquşub, 14 nəfər ölüb, 38 nəfər xəsarət alıb
# 29 avqust 2017 03:39 (UTC +04:00)

Misirin Beni-Süeyf əyalətində ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Qahirə istiqamətində hərəkət edən sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb.

Hadisə nəticəsində 14 nəfər ölüb, 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzanın səbəbləri hələ ki, məlum deyil.

Misirin Səhiyyə nazirliyinin hesablamalarına görə, hər il ölkədə 7-8 min insan yol qəzalarının qurbanı olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR