Quterreş Afrika ölkələrindən birinin BMT TŞ-də daimi üzvlüyünü mümkün sayıb

Quterreş Afrika ölkələrindən birinin BMT TŞ-də daimi üzvlüyünü mümkün sayıb
# 28 iyun 2024 11:18 (UTC +04:00)

“Hesab edirəm ki, gələcəkdə Afrika regionu dövlətləri də Təhlükəsizlik Şurasında daimi üzv statusunda təmsil olunmalıdır”.

APA-nın məlumatına görə, bunu TASS-a müsahibəsi zamanı BMT-nin baş katibi Antonio Quterreş söyləyib.

O, hazırda qurumun 15 üzvündən 6-sı, 5 daimi üzvündən isə üçünün Avropa ölkəsi olduğunu xatırladıb. Bildirib ki, BMT-də aparılacaq islahatlar zamanı bu faktor nəzərə alınmalıdır:

“Təhlükəsizlik Şurasının daimi üzvləri arasında Afrika regionu dövlətlərindən heç biri təmsil olunmur. Bu faktı dəyişmək mürəkkəb olsa da, həmin məsələdə yekdil fikrə gəlməliyik. İlk növbədə Afrika ölkələrindən birinə qurumda daimi üzv statusu verilməli, Təhlükəsizlik Şurasında inkişaf etməkdə olan ölkələrin sayı artırılmalıdır. Daha bir vacib məsələ isə veto hüququ ilə əlaqədardır. Şuranın üzvü olan hansısa ölkə bu və ya digər qərara veto qoyursa, bunu Baş Assambleya qarşısında əsaslandırır. Ümumiyyətlə Təhlükəsizlik Şurasının bəzi fəaliyyət üsullarını təkmilləşdirməyə və legitimliyini artırmağa ehtiyac var. Ona görə ki, şura hansısa problemi həll edə bilməyəndə bunun nəticəsi bütövlükdə BMT üçün ağır olur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR