İsmayıl Alper Coşkun: “Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi turist axınına təsir etməyib”

İsmayıl Alper Coşkun: “Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi turist axınına təsir etməyib”
# 12 avqust 2016 09:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "Türkiyədə fövqəladə vəziyyətin elan olunması ölkə vətəndaşlarının hüquqlarını məhdudlaşdırmır".


APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib.

Səfir qeyd edib ki, Rusiya ilə Türkiyə arasında bir müddət yaşanan problemlərə görə ölkəyə gələn turistlərin sayında geriləmə müşahidə olunur: "Amma artıq iki ölkə arasında olan problem həll olunub, iki tərəfə aviareyslər bərpa edilib. Rusiyalı turistlər artıq Türkiyənin turizm şəhərlərinə səfər edirlər”.

Diplomat bildirib ki, Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi turist axınına təsir etməyib. “Hazırda Türkiyədə vəziyyət sabitdir. Fövqəladə vəziyyət Fətullah Gülən hərəkatı ilə mübarizə məqsədi ilə elan edilib", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR