Müsavat Partiyasının deputata qarşı iddiası təmin edilməyib

Müsavat Partiyasının deputata qarşı iddiası təmin edilməyib
# 03 fevral 2016 09:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Gəncə şəhəri Nizami rayon məhkəməsində Müsavat Partiyasının deputat Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, məhkəmə iddianı təmin etməyib.

Qeyd edək ki, Müsavat Partiyası iddia ərizəsində Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini alçaltdığını iddia edib və buna görə onun üzr istəməsi tələb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR