Bakının mərkəzində it gəzdirən şəxsi qətlə yetirənin məhkəməsi təxirə salınıb

 Bakının mərkəzində it gəzdirən şəxsi qətlə yetirənin məhkəməsi təxirə salınıb
# 09 oktyabr 2015 13:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, buna səbəb, qətlə yetirilən H. Həsənovun anasının yeni vəkillə müqavilə bağlaması olub. Həmin vəkilin cinayət işi ilə tanış olması üçün məhkəmə prosesi oktyabrın 16-na təxirə salınıb.

Qeyd edək ki, yanvarın 6-da "Sahil" bağında Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR